- Toplum
- 17 Oktyabr 2019 20:50
- 2 121
Bakıda it dişləməsindən ölən uşaqla bağlı TƏFƏRRÜAT
Fakt araşdırılır
Bakıda it dişləməsindən ölən azyaşlı ilə bağlı bəzi təfərrüat məlum olub.
2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi sentyabrın 15-də Masallıda it dişləyib.
Məlumata görə, azyaşlı Masallı Rayon Mərkəzi Xəstəxanasında dərhal nəzarətə götürülüb və ona dörd dəfə peyvənd vurulub.
Oktyabrın 10-da Bakıya gətirilən yaralıya xəstəxanada növbəti dəfə peyvənd olunsa da, oktyabrın 16-da ölüb.
Fakt araşdırılır.(oxu.az)
AzNews.az