Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Toplum
  • 8 Noyabr 2019 20:12
  •  2 116

Sumqayıtda ağır qəza - Bir ailənin üç üzvü...

Faktla bağlı araşdırma aparılır

Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəhər ərazisində iki minik avtomobili toqquşub. Qəza nəticəsində 1990-cı il təvəllüdlü Axundzadə Arzu Nurəddin oğlu, 2014-cü il təvəllüdlü Axundzadə Hüseyn Cavid oğlu və onun bacısı, 2012-ci il təvəllüdlü Axundzadə Fatimə Cavid qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az