Xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb Xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb
  • Toplum
  • 13 Noyabr 2019 22:07
  •  2 291

Bulvarda dənizə düşən şəxs xilas edildi

Xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində bir nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az