Beynəlxalq və yerli ekspertlərin çıxışları dinlənilib Beynəlxalq və yerli ekspertlərin çıxışları dinlənilib
  • Toplum
  • 15 Noyabr 2019 13:42
  •  1 720

Bakıda “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans keçirilib

Beynəlxalq və yerli ekspertlərin çıxışları dinlənilib

Bu gün “Holiday İnn” mehmanxanasında Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) birgə təşkilatçılığı ilə “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans keçirilir.

Avropa Şurasından olan beynəlxalq ekspertlər, hüquq alimləri, hakimlər, vəkillər və hüquq ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən konfransda əsas diqqət Avropa Şurasının “Süni intellektin məhkəmə sistemləri və onlarla bağlı münasibətlərdə istifadəsinə dair Avropa Etik Xartiyası”na yönəlib, bu istiqamətdə CEPEJ-nin prezidenti Ramin Qurbanov, Azərbaycan Respublikasının 1-ci Vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Hüquq və İnsan Haqları İnstitutunin direktoru Aytən Mustafazadə tərəfindən edilmiş çıxışlar dinlənilib.

Sonra CEPEJ-nin eksperti Georg Stava tərəfindən adı çəkilən Xartiyanın məzmunu barədə təfərrüatlı təqdimat nümayiş etdirilib. Xüsusilə Xartiyanın prinsipləri – Fundamental hüquqlara hörmət: süni intellektlə əlaqədar metod və xidmətlərin hazırlanması və tətbiqi işi fundamental hüquqlara uyğun gəlməlidir; “İstifadəçi nəzarəti altında” prinsipi: göstərişlərə əsaslanan münasibətlərin qarşısının alınması, istifadəçilərin məlumatlandırılması və seçimlərinə nəzarət edə bilmələrinin təmin edilməsi və digər prinsiplər barəsində misallar çəkilərək məlumat verilib.

Daha sonra digər beynəlxalq və yerli ekspertlərin çıxışları dinlənilib.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tədbirdə Kollegiyanın sədri Anar Bağırov tərəfindən təmsil olunub.

AzNews.az