Ümumən indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7178 mənzil və fərdi ev təqdim edilib Ümumən indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7178 mənzil və fərdi ev təqdim edilib
  • Toplum
  • 14 Dekabr 2019 15:53
  •  1 299

Milli Qəhrəmanın ailəsinə 3 otaqlı mənzil verilib - FOTO

Ümumən indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7178 mənzil və fərdi ev təqdim edilib

Gəncə şəhərində Peşə Tədrisi Mərkəzi istifadəyə verilib və bir qrup şəhid ailəsinə, müharibə əlilinə mənzillər təqdim edilib.

AzNews.az xəbər verir ki, Milli Qəhrəman Pərviz Səmədovun ailəsinə də üçotaqlı mənzil verilib.

Hər iki tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin, ictimai
birliklərin nümayəndələri iştirak ediblər.

Peşə Tədrisi Mərkəzinin açılışında nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad
Musayev əhalinin səmərəli məşğulluğunun təminatının Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi
siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O, ötən dövrdə ölkədə məşğulluq imkanlarının artırılması sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

F.Musayev Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin
ildən-ilə gücləndirildiyini, bu ilin 11 ayında Xidmətin 81 439 nəfəri münasib işlə təmin etdiyini və 10
mindən çox işsiz və işaxtaran şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu deyib.

Bildirib ki, işsiz və işaxtaranlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarının təşkili aktiv məşğulluq tədbirlərindən biridir. 2019-cu ilin 11 ayında Dövlət Məşğulluq Xidməti
tərəfindən 2734 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Xidmətin Bakı və Göyçay şəhərlərindəki
Regional Peşə Təhsili Mərkəzləri mühüm maddi-texniki potensiala malik olmaqla peşə hazırlığı işinin
təşkilində əhəmiyyətli rol oynayır. 2019-cu ilin 11 ayında peşə hazırlığı kurslarına cəlb edilənlərin
72,5 faizi həmin mərkəzlərin payına düşür.

Xidmət rəisi bildirib ki, ölkədə Regional Peşə Tədrisi Mərkəzləri şəbəkəsinin respublikanın
bölgələri üzrə genişləndirilməsi işləri çərçivəsində bu gün Gəncə şəhərində də Peşə Tədrisi Mərkəzi
istifadəyə verilir. Mərkəzdə Gəncə şəhəri və ətraf rayonlardan olan işsiz və işaxtaran şəxslərin
müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığının təşkili həyata keçiriləcək.
F.Musayev müəssisədə ilkin mərhələdə ənənəvi və modul təlim üsulları ilə 55-60 peşə üzrə
tədris prosesinin aparılacağını qeyd edib.

O diqqətə çatdırıb ki, il ərzində 850-900 nəfər Mərkəzdə peşə hazırlığı kursu keçəcək. Burada əlilliyi olan şəxslərin də peşə hazırlığının təşkili, habelə onların maneəsiz hərəkət imkanlarına malik olmaları üçün lazımi şərait yaradılıb. Peşə Tədrisi Mərkəzində sinif otaqları və emalatxanalar, yataqxana, kitabxana, akt zalı, bufet və s. fəaliyyət göstərir.

Tədbirdə digər çıxış edənlər Gəncədə Peşə Tədrisi Mərkəzinin açılmasının bölgədə işsiz və
işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələrə və nəticədə səmərəli məşğulluq
imkanlarına yiyələnməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə ediblər.

Daha sonra Gəncə şəhərində bir qrup şəhid ailəsinə və müharibə əlilinə mənzillər təqdim
edilib. Mənzillə təmin olunan şəhid ailələri sırasında Milli Qəhrəman Pərviz Səmədovun ailəsi də var.
Onun həyat yoldaşı Mətanət Şahvələdovaya üçotaqlı mənzil təqdim edilib.

Tədbirdə vurğulanıb ki, dövlət başçısının sosial sahəyə xüsusi qayğısı həssas qrupların
rifahının yaxşılaşdırılmasına xidmət edən mühüm proqramların ildən-ilə genişlənməsinə səbəb olub.
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid
ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, 2019-cu ildə 934
mənzil verilməsi nəzərdə tutulub ki, onlardan artıq böyük hissəsi verilib. Ümumən indiyədək nazirlik
tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7178 mənzil və fərdi ev təqdim edilib.

Yeni mənzillə təmin olunan vətəndaşlar əhalinin rifahının təminatı, həssas qruplara dövlət
qayğısının artırılması sahəsində aparılan ardıcıl işlərə, müasir tələblərə uyğun yeni mənzillərlə təmin
olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

AzNews.az

image description image description image description image description image description