Onlar bu günə qədər ağır fiziki və mənəvi işgəncələrə məruz qalır Onlar bu günə qədər ağır fiziki və mənəvi işgəncələrə məruz qalır
  • Toplum
  • 30 Dekabr 2019 12:32
  •  4 937

QHT sədri BMT-yə müraciət etdi: Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı

Onlar bu günə qədər ağır fiziki və mənəvi işgəncələrə məruz qalır

Beynəlxalq Dialoq və İnkişaf Alyansının rəhbəri Nüşabə Məmmədova BMT-nin İnsan Haqları Şurasının prezidenti Elizabet Tixi-Fisslberqerə Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib.

Müraciətdə deyilir:

5 il bundan əvvəl -2014-cü ilin iyulunda Azərbaycanın işğal olunmuş ərazilərində, üç nəfər azərbaycanlı məcburi köçkünlər doğulduları Kəlbəcər rayonunun Şaplar kəndində yerləşən öz valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Girovlardan biri öldürülüb, digər 2 nəfər – Dilqəm Əsgərov və Şahbaz Quliyev bu günə qədər ağır fiziki və mənəvi işgəncələrə məruz qalmaqdadırlar.

Müraciətdə beynəlxalq sənədlərə, o cümlədən müharibə qurbanlarının, mülki şəxslərin müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun olaraq, Ermənistan tərəfindən girovluqda saxlanılan hər iki azərbaycanlının öz ailələrinə qaytarılması istiqamətində tədbirlərin görülməsinə çağırış öz əksini tapıb.

AzNews.az