11-ci yer 11-ci yer
  • Toplum
  • 14 Fevral 2020 14:03
  •  4 021

ELdən gedib EV alanların STATİSTİKASI

11-ci yer

Bu ilin yanvar ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 99 (ötən ilin müvafiq ayında 95) daşınmaz əmlak alıblar.

Türkiyə Statistika İdarəsinin yaydığı məlumata görə, bununla da Azərbaycan Türkiyədə ev alan xaricilərin sıralanmasında 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Türkiyədə ev alan xarici ölkə vətəndaşlarının ilk üçlüyündə İraq (739), İran (678) və Rusiya (254) sıralanıb. Ümumilikdə, xaricilər Türkiyədə bu ilin yanvar ayı ərzində 3 945 ev alışı həyata keçirib.

Xatırladaq ki, azərbaycanlılar ötən il Türkiyədə 1 191 ev alıblar ki, bu da 2018-ci il ilə müqayisədə 59 ədəd və ya 4,7% azdır.

AzNews.az