İsgəndər Həmidovun həkimi: "Əhəmiyyəti yoxdur"

“Belə bir şansı da demək olar yoxdur"

“İsgəndər Həmidovun durumunda heç bir irəliləyiş yoxdur. Vəfatı haqqında yayılan məlumatlar isə əsassızdır”.

AzNews.az xəbər verir ki, bu barədə Modern.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O qeyd edib ki, sabiq naziri xaricə müalicəyə göndərməyin heç bir əhəmiyyəti yoxdur:

“Belə bir şansı da demək olar yoxdur. Türkiyədən gələn mütəxəssislər də vəziyyəti dəyərləndirdilər. Türkiyəyə, yaxud başqa ölkəyə aparılması hər hansı irəliləyiş yaratmayacağından həkimləri burada müalicəsinə üstünlük verdilər”.

A. Qeybulla sabiq nazirin ailəsinin onun durumu haqqında məlumatları olduğunu diqqətə çatdırıb:

“Əllərindən gələni edirlər. Çarpışırlar. Bir müddət öncə maddi cəhətdən sıxıntıları olduğunu demişdim. Özləri maddi problemləri həll edirlər ki, müalicə axsamasın. Xəstəxana rəhbərliyi tərəfindən İsgəndər bəyin müalicəsi ilə bağlı çox güzəşt edilib”.

Qeyd edək ki, İ. Həmidov uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir.