Təhsil Nazirliyindən bununla bağlı məlumat verilib Təhsil Nazirliyindən bununla bağlı məlumat verilib
  • Toplum
  • 24 Mart 2020 20:13
  •  4 011

"Dərs vaxtı"nın sabaha olan cədvəli açıqlandı

Təhsil Nazirliyindən bununla bağlı məlumat verilib

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” televiziya kanalında yayımlanan “Dərs vaxtı” proqramının 25 mart üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da fiziki tərbiyə, 10:10-da IX sinif – Azərbaycan dili, Biologiya, Kimya, Riyaziyyat; 10:50-də VIII sinif – Azərbaycan tarixi, Fizika, İngilis dili, Coğrafiya; 11:20-də VII sinif – Azərbaycan dili, Biologiya, Kimya, Riyaziyyat; 11:55-də – Məktəbəhazırlıq; 12:05-də III sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:40-da IV sinif – Azərbaycan dili, Riyaziyyat; 12:55-də V sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili Təsviri incəsənət dərsləri olacaq.

Rus bölməsi üçün – 14:00-da – Məktəbəhazırlıq; 14:06-da V sinif – Rus dili, Riyaziyyat; 14:30-da VI sinif – Riyaziyyat, Coğrafiya; 14:50-də VII sinif – Rus dili, Fizika, Kimya; 15:20-də VIII sinif – Coğrafiya, Fizika, Biologiya dərsləri olacaq.