Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il aprel ayının 20-dək fəaliyyətini dayandırır Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il aprel ayının 20-dək fəaliyyətini dayandırır
  • Toplum
  • 28 Mart 2020 17:41
  •  2 403

Təhsil Nazirliyində vətəndaşların qəbulu dayandırılır

Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il aprel ayının 20-dək fəaliyyətini dayandırır

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarları nəzərə alınaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il aprel ayının 20-dək fəaliyyətini dayandırır.

AzNews.az xəbər verir ki, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.