Onlayn imtahan başa çatan kimi şagird və abituriyentlər imtahan nəticələrini əldə edə bilərlər Onlayn imtahan başa çatan kimi şagird və abituriyentlər imtahan nəticələrini əldə edə bilərlər
  • Toplum
  • 30 Mart 2020 10:32
  •  2 548

Şagird və abituriyentlərin nəzərinə

Onlayn imtahan başa çatan kimi şagird və abituriyentlər imtahan nəticələrini əldə edə bilərlər

Dövlət İmtahan Mərkəzi Koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi) 2020-ci ilin iyul ayınadək ödənişsiz keçirməyə qərar verib.

AzNews.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla ödənişsiz sınaq imtahanlarının siyahısını təqdim edir:

• IX sinif Buraxılış 2020 (I və II mərhələ) (№1);

• IX sinif Buraxılış 2020 (I və II mərhələ) (№2);

• Azerbaydjanskiy yazık dlya russkoqo sektora (IX klass vıpusknoy) 2020 (№1);

• Azerbaydjanskiy yazık dlya russkoqo sektora (XI klass vıpusknoy) 2020 (№1);

• Azerbaydjanskiy yazık dlya russkoqo sektora (IX klass vıpusknoy) 2020 (№2);

• Azerbaydjanskiy yazık dlya russkoqo sektora (XI klass vıpusknoy) 2020 (№2);

• IX sinif buraxılış 2020 (I və II mərhələ), №2 (Tədrisi ingilis dilində olan məktəblər üçün);

• XI sinif buraxılış 2020, qəbul imtahanı I mərhələ, №2 (Tədrisi ingilis dilində olan məktəblər üçün);

• XI sinif buraxılış 2019, qəbul imtahanı I mərhələ, №3;

• XI sinif buraxılış 2019, qəbul imtahanı I mərhələ, №2;

• XI sinif buraxılış 2019, qəbul imtahanı I mərhələ, №2 (Tədrisi ingilis dilində olan məktəblər üçün);

• IX sinif buraxılış 2019 (I və II mərhələ) (№1);

• Azerbaydjanskiy yazık dlya russkoqo sektora (XI klass vıpusknoy) 2019 (№2);

• 2020-ci il sınaq imtahanı, II mərhələ, №1;

• 2019-cu il sınaq imtahanı, II mərhələ, №5;

• 2019-cu il sınaq imtahanı, II mərhələ, №4;

• 2019-cu il sınaq imtahanı, II mərhələ, №3;

• 2019-cu il sınaq imtahanı, II mərhələ, №2;

• 2019-cu il sınaq imtahanı, II mərhələ, №1;

• 2019-cu il sınaq imtahanı, II mərhələ;

• 2018-ci il sınaq imtahanı (№4);

• 2018-ci il sınaq imtahanı (№2);

• 2018-ci il sınaq imtahanı (№1);

• 2018-ci il qəbul imtahanı (May);

• Abituriyent №1 2018 (sınaq imtahanı);

• 2017-ci il qəbul imtahanı (A variantı);

• 2016-cı il qəbul imtahanı (A variantı);

• 2015-ci il qəbul imtahanı (A variantı).

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi şagird və abituriyentlər imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə, öz cavabları düzgün cavabları müqayisə edə bilər.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaqla bağlı qaydalarla otk.az portalında “Təlimatlar” bölməsində tanış olmaq mümkündür: http://www.dim.gov.az/news/5141/