Portal artıq saat 10:00-dan etibarən işə düşüb Portal artıq saat 10:00-dan etibarən işə düşüb
  • Toplum
  • 3 Aprel 2020 11:07
  •  1 968

Qurumların siyahısı “icaze.e-gov.az”a daxil edilib

Portal artıq saat 10:00-dan etibarən işə düşüb

Bu gündən xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının məlumatlarının “icaze.e-gov.az” portalında yerləşdirilməsinə başlanılıb.

AzNews.az xəbər verir ki, portal artıq saat 10:00-dan etibarən işə düşüb.

Belə ki, müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları bu saatdan etibarən “icaze.e-gov.az”a daxil etməlidirlər.