"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib
  • Toplum
  • 22 May 2020 22:17
  •  1 536

Türkiyədən 178 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib

Bu gün "Azərbaycan Hava Yolları" İstanbuldan Bakıya növbəti çarter reysini həyata keçirib, daha 178 Azərbaycan vətəndaşı ölkəyə çatdırılıb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq bu həftə "AZAL" aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirib.