Mütləq qaydada tibbi maskadan istifadə etmək tələb edilir Mütləq qaydada tibbi maskadan istifadə etmək tələb edilir
  • Toplum
  • 5 İyun 2020 18:11
  •  3 049

Şəhərdə maska taxmayanlar cərimələnir

Mütləq qaydada tibbi maskadan istifadə etmək tələb edilir

Xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda reydlər keçirir.

AzNews.az-ın Bakı Şəhər Baş Polis İdarəsinə istinadən məlumatına görə, onlar nəqliyyat axınının və əhalinin sıx olduğu yerlərdə, eləcə də qapalı məkanlarda və ictimai nəqliyyatda reydlər keçirir, mütləq qaydada tibbi maskadan istifadə etməyi tələb edirlər.

Bu tələblərə riayət etməyənlər barəsində isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati cəza tədbirləri görürlər.