Əlavə məlumat veriləcək Əlavə məlumat veriləcək
  • Toplum
  • 11 İyun 2020 17:15
  •  3 930

Ceyranbatan su anbarı yaxınlığındakı yanğın söndürülüb - YENİLƏNİB

Əlavə məlumat veriləcək

Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən saat 16:49-da söndürülüb.

AzNews.az xəbər verir ki, yanğının söndürülməsi əməliyyatına Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və 17 ədəd texnikası, Aviasiya dəstəsinin 3 ədəd helikopteri, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti cəlb olunub.

11:59

Ceyranbatan su anbarının ərazisində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.