Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun əmriylə bu vəzifəyə polis polkovniki Vüqar Ələkbərov təyin edilib Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun əmriylə bu vəzifəyə polis polkovniki Vüqar Ələkbərov təyin edilib
  • Toplum
  • 27 İyun 2020 21:36
  •  4 439

Paytaxt polisinə yeni rəis müavini TƏYİN EDİLDİ

Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun əmriylə bu vəzifəyə polis polkovniki Vüqar Ələkbərov təyin edilib

Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

AzNews.az "Strateq.az" saytına istinadla xəbər verir ki, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun əmriylə bu vəzifəyə polis polkovniki Vüqar Ələkbərov təyin edilib.

Xatırladaq ki, Vüqar Ələkbərov polis sistemində yüksək intellekti ilə seçilən milli kadrlardan sayılır.

1975-ci ildə anadan olan V.Ələkbərov Azərbaycan Polis Akademiyasını fərqlənmə diplomuyla bitirib, uzun müddət Polis Akademiyasında müəllim, daha sonra isə BMCMİ-də mühüm vəzifələrdə işləyib.

Sonuncu təyinatına qədərsə BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub.