"Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərə fərdi yanaşılır" "Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərə fərdi yanaşılır"
  • Toplum
  • 9 İyul 2020 16:13
  •  4 468

İmmuniteti necə gücləndirmək olar? - Həkim açıqladı

"Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərə fərdi yanaşılır"

“İnfeksion xəstəliklərlə mübarizədə dərman preparatları ilə yanaşı insanın qidalanması da böyük rol oynayır”.

Bu sözləri AzNews.az-a açıqlamasında həkim Xuraman Rəcəbova deyib.

O bildirib ki, virus infeksiyaları ilə mübarizədən qalib çıxmaq üçün ilk növbədə panikaya düşmədən daxili sakitliyi qorumaq və orqanizmin immunitetini gücləndirmək lazımdır.

“İmmuniteti gücləndirmək üçün həblər formasında müəyyən vitamin komplekslərindən istifadə etməklə yanaşı, qida rasionumuzda da vitaminlərlə zəngin meyvə və tərəvəzlərə üstünlük verməliyik. İmmuniteti möhkəmləndirmək üçün düzgün qidalanmaq mütləqdir. Bunun üçün gündəlik qida rasionunda A,C,D, B qrup vitaminlər və magnezium, kalsium, yod, sink və s. mikroelementlərin olması vacibdir".

Həkimin sözlərinə görə, gün ərzində daha çox meyvə, təzə çəkilmiş meyvə şirələri, kompotlar, giləmeyvələr, tərəvəzlər, dənli bitkilər yeyilməlidir.

“Həftədə ən azı 1 dəfə balıq əti yeyilməlidir. Süd və süd məhsulları, xüsusilə qatıq, ayran məsləhətdir.
bakteriyalar və viruslarla mübarizədə soğan və sarımsaq təbii antibiotik sayılır və bundan əlavə antioksidant təsirə malikdir, immuniteti gücləndirir, infeksion xəstəliklərə qalib gəlmək üçün orqanizmə kömək edir. Soğan və sarımsaq çiy halda yeyildikdə daha çox effekt göstərir.

Bundan əlavə, tərkibində daha çox C vitamini, B qrup vitaminlər, kalium, kalsium və fosfor olan xardaldan da istifadə etmək olar", - deyə qeyd edib.

X. Rəcəbova infeksion xəstəliklərlə mübarizədə zəncəfilin əhəmiyyətindən də danışıb: "Zəncəfil infeksion xəstəliklər zamanı çox gözəl effekt göstərir. Tərkibində vitamin C, B qrup vitaminlər və retinol vardır. Mikrobları öldürür, orqanizmdə (xüsusilə də ağız boşluğu və boğazda olan) bir çox bakteriyaların və virusların çoxalmasının qarşısını alır, onları məhv edir və ona görə də virus infeksiyasına yoluxma baş versə belə insan sağalır".

"Bal orqanizmin müqavimətini artırır, mikroblarla, viruslarla mübarizə aparır. Müntəzəm olaraq bal qəbul etmək immuniteti gücləndirir.

Propolis də soyuqdəymə, qripdə və istənilən infeksion xəstəliklərlə mübarizədə orqanizmə kömək edir.

Tərkibində C, E,K vitaminləri olan brüssel kələmi, brokoli də məsləhətdir.

Alma sirkəsi antibakterial və antivirus təsir göstərdiyi üçün ağız boşluğundakı patogen floranı yox etmək üçün istifadə edilir. Suya qatılmış halda gündə bir neçə dəfə ağız boşluğunu qarqara etmək olar.

Endokrinoloji xəstəlikləri olan, xüsusilə də şəkərli diabetdən əziyyət çəkən pasiyentlərə isə fərdi yanaşılır və hər bir pasiyentə özünə uyğun diyetalar təyin olunur, məsləhətlər verilir”, - həkim vurğulayıb.

Səidə Vahid

AzNews.az