Ümumilikdə 22 990 nəfər virusa yoluxub Ümumilikdə 22 990 nəfər virusa yoluxub
  • Toplum
  • 10 İyul 2020 23:11
  •  3 799

Koronavirusdan sağalanların sayı 14 mini ötdü

Ümumilikdə 22 990 nəfər virusa yoluxub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 10-na olan statistik göstəriciləri açıqlayıb.

AzNews.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 8605 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 343 nəfər reanimasiyada, 48 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 22 990 nəfər virusa yoluxub, 14 093 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 7576 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 552 311 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 526 nəfər koronavirusa yoluxub, 502 nəfər sağalıb, 8 nəfər isə vəfat edib.