COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib
  • Toplum
  • 31 İyul 2020 17:05
  •  4 660

714 nəfər koronavirusdan sağaldı

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib

Azərbaycanda koronavirus infeksiyasına 318 yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə AzNews.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5548-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7789, ötən müddət ərzində isə ümumilikdə 724 953 test aparılıb.