2699 namizəd vakant yer tutub 2699 namizəd vakant yer tutub
  • Toplum
  • 12 Sentyabr 2020 12:10
  •  3 605

Müəllimlərin vakansiya seçimi mərhələsinin nəticələri açıqlandı

2699 namizəd vakant yer tutub

Bu ilin 8-9 sentyabr tarixlərində keçirilən vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən AzNews.az-a verilən məlumata görə, nəticələrə əsasən, 2699 namizəd vakant yer tutub. Vakant yer tutmuş namizədlər 16 sentyabr saat 18:00 tarixinədək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.