Sabah Azərbaycanda yeni tədris ilinə start verilir Sabah Azərbaycanda yeni tədris ilinə start verilir
  • Toplum
  • 14 Sentyabr 2020 16:15
  •  6 314

Kaspi Təhsil Şirkəti Bilik Gününə hazırdır

Sabah Azərbaycanda yeni tədris ilinə start verilir

Kaspi Təhsil Şirkəti 2020-2021-ci tədris ilinə hazırdır.

AzNews.az-ın məlumatına görə, KTŞ-yə daxil olan liseylər sentyabrın 15-də I-IV siniflərin şagirdlərini qarşılayacaq.

Şirkətin Bakıxanov, Ağ şəhər və Beynəlxalq (İnternational School) liseyləri şagirdləri qəbul etmək üçün hazırlıqlarını başa çatdırıb. Hazırlıqlar zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri, Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarları, müəyyən beynəlxalq təcrübə və Təhsil Nazirliyinin təlimatları nəzərə alınıb. Liseyin infrasturukturu baxışdan keçrilib, sinif otaqları, laboratoriyalar, kitabxana və digər yardımçı otaqlar şagirdləri qəbul etməyə hazır vəziyyətə gətirilib. Belə ki, sinif otaqlarındakı partaların quruluşu sosial məsafə qaydalarına tam uyğunlaşdırılb, məktəb binaları daxildən və xaricdən bütünlüklə dezinfeksiya olunub, divarlardan maarifləndirici təlimatlar asılıb. Elektron kaspi sistemi (e-kaspi) təkmilləşdirilib və qabaqcıl video konfrans platforması ilə müqavilə imzalanaraq e-kaspiyə inteqrasiya edilib. Yeni tədris ilindən liseylər həm əyani, həm də distant formada (Hibrid model) tədrisə başlayacaq.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil ediləcək.