- Toplum
- 23 Sentyabr 2020 12:30
- 5 204
AMEA saytının baş redaktoru vəzifəsindən azad olub

Nərgiz Qəhrəmanova
Azərbaycanın ilk veb-portalı olan science.az saytının baş redaktoru Nərgiz Qəhrəmanova vəzifəsindən azad olub.
AzNews.az-ın məlumatına görə, N.Qəhrəmanova AMEA-nın Yüksək Texnologiyalar Parkında mətbuat katibi təyin edilib.
O, bu təyinata qədər həm də Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri olub.