Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
  • Toplum
  • 4 Oktyabr 2020 22:26
  •  4 051

Prezident Mayis Bərxudarov və Hikmət Mirzəyevi təbrik etdi

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün Birlik komandirləri - general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib.

AzNews.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Onlara tapşırıq verilib ki, Ali Baş Komandanın təbriklərini korpusların bütün şəxsi heyətinə çatdırsınlar.

Mayis Bərxudarov və Hikmət Mirzəyev Ali Baş Komandana öz təşəkkürünü bildirib, Prezidenti əmin ediblər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.