Ötən həftələrdə gündəlik yoluxma sayı 100-ün altında idi, bu da cəmiyyətdə arxayınlıq yaratdı Ötən həftələrdə gündəlik yoluxma sayı 100-ün altında idi, bu da cəmiyyətdə arxayınlıq yaratdı
  • Toplum
  • 12 Oktyabr 2020 20:54
  •  2 787

“Yoluxmanın 200-ü keçməsi bizim üçün bir xəbərdarlıq olmalıdır”

Ötən həftələrdə gündəlik yoluxma sayı 100-ün altında idi, bu da cəmiyyətdə arxayınlıq yaratdı

“Sanki indi koronavirus insanlar üçün adiləşib, aktuallığını itirib”.

AzNews.az bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. O bildirib ki, son günlərdə 200-dən artıq yoluxmanın qeydə alınması bizim üçün bir siqnal, xəbərdarlıq olmalıdır:

“İnsanlardan çox xahiş edirəm ki, mövcud vəziyyəti nəzərə alsınlar, artıq son günlərdə yoluxma sayı artmağa doğru gedir. Ötən həftələrdə gündəlik yoluxma sayı 100-ün altında idi, bu da cəmiyyətdə arxayınlıq yaratdı. Amma son günlərdə 200-dən artıq yoluxmanın qeydə alınması bizim üçün bir siqnal, xəbərdarlıq olmalıdır. Bu sayın artması insanların bir-biri ilə təmasının artmasına görədir. İnsanlar son günlər sanki koronavirusu unudublar. Gürcüstanda və Ermənistanda artıq yoluxma pik həddə çatır. Bu da bizi daha da ehtiyatlı olmağa sövq edir. Xalqımız sağlam olmalıdır ki, bu gün ön cəbhədə olan insanlarımızın da fikri ailələrinin yanında qalmaz. Yoluxmanın artmaması səhiyyə sisteminə də xeyirdir. Bununla da həkim çatışmazlığı yaranmaz. Yoluxma sayı sürətlə artarsa, xəstəxanalarda çarpayı çatışmazlığı da ola bilər. Savaş gedən ölkədə yaralıların olmasını da nəzərə almaq lazımdır. Yaralı əsgərlərimizə olan tibbi diqqəti artırmaq üçün arxa cəbhədə olan insanlar sağlam olmalıdır ki, ön cəbhəyə bu cür faydalı ola bilək. Virus hələ bitməyib, bunu unutmamalıyıq. Sanki indi koronavirus insanlar üçün adiləşib, aktuallığını itirib. Amma bu virus hələ də aktualdır.

Yumşalma o demək deyil ki, biz virusun olduğunu unutmalıyıq, əksinə indi daha da diqqətli olmalıyıq. Biz virusun artdığını artıq xəstəxanalarda real olaraq görürük. Bir ara ictimai nəqliyyatda maskadan istifadəyə ciddi əməl olunsa da, indi bu məsələyə də laqeyd yanaşıldığı müşahidə olunur. Mütləq maskadan istifadə etməli, əllərimizi tez-tez yumalı, sosial məsafəni qorumalıyıq”.