II Qarabağ müharibəsi dünya hərb sənayesini, müharibənin yeni texnologiyalar ilə aparıldığını göstərdi II Qarabağ müharibəsi dünya hərb sənayesini, müharibənin yeni texnologiyalar ilə aparıldığını göstərdi
  • Toplum
  • 22 Oktyabr 2020 14:15
  •  4 768

"Dövrün tələblərinə uyğun kadr hazırlığı həyata keçirilmir"

II Qarabağ müharibəsi dünya hərb sənayesini, müharibənin yeni texnologiyalar ilə aparıldığını göstərdi

“İti qovan PUA-lar istehsal etməyə başladıq. Bu vaxtında, bir az da gecikmiş bir addımdır. Çünki qabaqlayıcı tədbirlər mütəmadi olaraq görülməlidir. Çox təəssüf ki, bizim xüsusi ilə texniki ixtisaslar üzrə kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələri, orta ixtisas və peşə təhsili müəssisələrində müasir dövrün tələblərinə uyğun kadr hazırlığı həyata keçirilmir”.

AzNews.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib.

O bildirib ki, bu barədə hətta Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb təkliflər də verib: “Biz çevik təhsil siyasəti yeritmirik. Bu gün cəmi bir universitetdə, Azərbaycan Texniki Universitetində hərb sənayesi üçün kadr hazırlığı həyata keçirilir, o da cəmi 100 plan yeri. Azdır, çox az.

Hal hazırda hərb sənayesi üçün qəbul həyata keçirilən ixtisaslar:

1. Hərbi kompozisiya materialları mühəndisliyi (15 yer)

2.Hərbi rabitə vasitələri mühəndisliyi (15 yer)

3.Optotexnika mühəndisliyi (15 yer)

4.Pirotexniki və partlayıcı vasitələr mühəndisliyi (15 yer)

5.Silah və silah sistemləri mühəndisliyi (40 yer)

Artıq müasir dövrün tələbləri və çağırışları var. Xüsusi ilə mühəndislik və texniki ixtisaslar üzrə kadr hazırlığı həyata keçirən universitetlər robototexnika, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi, Cihaz mühəndisliyi kimi ixtisaslar üzrə plan yerlərini artırmalıdır.

II Qarabağ müharibəsi dünya hərb sənayesini, müharibənin yeni texnologiyalar ilə aparıldığını göstərdi. Deməli, biz gələcəyə yönəlik işlər görməliyik.

Bəli, biz 28 il ərzində gücləndik və indi qalib gəlirik. Deməli, düşmən tərəf də bunu edəcək. Azərbaycan bütün sahələrdə özünün məhsullarını hazırlamalı, istehsal etməlidir. Telefondan, kompüterdən tutmuş təyyarəyə, tanka qədər. Bəlkədə bu bir az utopik səslənə bilər, amma edilməsi vacibdir. İndiyə qədər Azərbaycan özünün "İstiqlal" kimi snayperini və digər döyüş sursatlarını hazırlayıb.

Lakin xarici ölkələrdən idxal olunan mallar da var”.

Ekspert qeyd edib ki, hazırda 15 plan yerlik yuxarıda qeyd olunan ixtisasların plan yerləri növbəti ildən artırılsa və yeni ixtisaslar əlavə edilsə daha yaxşı olar:

“Digər tərəfdən isə, yalnız bir universitet bu ixtisaslar üzrə kadr hazırlığı həyata keçirməsin. Digər ali məktəblər də bu istiqamətdə işlər görsün. Xüsusi ilə Milli Aviasiya Akademiyasında Uçuş Aparatları üzrə ixtisas açılsın.

Burada hazırda Uçuş mühəndisliyi, Hava Nəqliyyatının hərəkətinin təşkili, Aviasiya təhlükəsizliyi mühəndisliyi üzrə kadr potensialı formalaşdırılır, amma hərb sənayesi üçün ixtisaslar yoxdur. Əgər qalib gələndən sonra qalib gəldim deyib yerində otursan, sonra ermənistanın gününə düşərsən.

Misal var, “Mərifətli kimdən öyrəndin? Gözü çıxmış qardaşından”.

Biz bundan sonra daha çox və ciddi şəkildə müdafiə sistemlərini təşkil etməliyik”.

Səidə

AzNews.az