- Türkiyə
- 13:31
- 2 172
Türkiyənin F-16-ları Bakıda Zəfər paradında iştirak edəcək
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanda keçiriləcək 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil olunacaq paradda iştirak edəcək türk heyəti ilə bağlı açıqlama yayıb.
Aznews.az xəbər verir ki, nazirliyin açıqlamasında bildirilib ki, Azərbaycanın 8 Noyabr - Zəfər Günü bayram paradında Türkiyə Prezident Qvardiyası Alayının Rəsmiyyət Birliyi və Hərbi Hava Qüvvələrimizə məxsus 6 ədəd F-16 təyyarəsi də qatılacaq.