- Fanat
- 02:02
- 912
“Zülfüqar” ləqəbli döyüşçü UFC turnirinə hazırlığını Bakıda davam etdirəcək
Məşhur qazax döyüş ustası Asu Almabayev (23-3) komandası ilə Bakıya (Azərbaycan) yollanıb.
AzNews.az bu barədə İdman.Biz-ə istinadən xəbər verir.
“Bakıda hazırlığın son və ən vacib mərhələsi baş tutacaq. Biz Asuya iyunun 27-də keçiriləcək döyüşə hərtərəfli hazırlaşmağını və ən yaxşı formada oktaqona daxil olmasını arzulayırıq”, - məlumatda deyilir.
Xatırladaq ki, “Zülfüqar” ləqəbli Almabayev 27 iyun 2026-cı il tarixində Bakıda (Azərbaycan) keçiriləcək “UFC Fight Night 280” turniri çərçivəsində çıxış edəcək. Almabayevin yüngül çəki dərəcəsində rəqibi amerikalı Çarlz Conson (19-8) olacaq. Almabayev hazırda divizionda səkkizinci, rəqibi isə 14-cüdür.