Qayğının onlayn təmin edilməsi mümkün deyil Qayğının onlayn təmin edilməsi mümkün deyil
  • Toplum
  • 30 Oktyabr 2020 13:15
  •  2 650

Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi

Qayğının onlayn təmin edilməsi mümkün deyil

“Bağçalarda həm təhsil, həm də qayğı olmalıdır”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Nazir bildirib ki, qayğının onlayn təmin edilməsi mümkün deyil: “Uşaq bağçalarında təhsilə fasilə davam edəcək, onlarda təhsilin bərpası mümkün görünmür”.

E. Əmrullayev əlavə edib ki, tətil davam etdiriləcək: “Bu məsələyə sonra baxılacaq, amma ən azı iki həftə belə davam edəcək”.