Xüsusi karantin rejiminin tələblərinə cavab verməyən avtomobillərin sahibləri də inzibati məsuliyyətə cəlb olunublar Xüsusi karantin rejiminin tələblərinə cavab verməyən avtomobillərin sahibləri də inzibati məsuliyyətə cəlb olunublar
  • Toplum
  • 24 Noyabr 2020 14:37
  •  2 126

Karantinə əməl etməyən taksi sürücüləri cəzalandırıldı

Xüsusi karantin rejiminin tələblərinə cavab verməyən avtomobillərin sahibləri də inzibati məsuliyyətə cəlb olunublar

Göygöl rayonunda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə keçirilən reyd zamanı cərimələnənlər olub.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzNews.az-a verilən məlumata görə, Göygöl RPŞ əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyyə edirlər.

Reyd zamanı xüsusi karantin rejimin tələblərinə biganə yanaşan sakinlər barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb. Bundan başqa rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan, lakin xüsusi karantin rejiminin tələblərinə cavab verməyən avtomobillərin sahibləri də inzibati məsuliyyətə cəlb olunublar.