Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb
  • Toplum
  • 29 Noyabr 2020 17:41
  •  2 893

Bakıda baş verən yanğın söndürülüb

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib. İlkin məlumata görə, yanğın təqribən 150 m² sahədə olub.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı, əlavə məlumat veriləcək.

***

Bakının Nizami rayonu ərazisində yeni tikilən obyekt yanır.

AzNews.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.