Teledərslər saat 14:00-dan etibarən yayımlanacaq Teledərslər saat 14:00-dan etibarən yayımlanacaq
  • Toplum
  • 13 Dekabr 2020 20:27
  •  2 782

Teledərslərin sabaha olan cədvəli

Teledərslər saat 14:00-dan etibarən yayımlanacaq

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 14-ü üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

AzNews.az xəbər verir ki, Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.

Xatırladaq ki, dekabrın 14-də “Mədəniyyət” telekanalında profilaktika işləri həyata keçiriləcəyindən “Dərs vaxtı” proqramının yayım vaxtında dəyişiklik edilib. Həmin gün teledərslər saat 14:00-dan etibarən yayımlanacaq.