Yaxın günlərdə dekabr ayı üzrə ünvanlı sosial yardımlar da ödəniləcək Yaxın günlərdə dekabr ayı üzrə ünvanlı sosial yardımlar da ödəniləcək
  • Toplum
  • 16 Dekabr 2020 16:30
  •  4 192

Dekabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb

Yaxın günlərdə dekabr ayı üzrə ünvanlı sosial yardımlar da ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də dekabr ayının pensiyaları ödənilib. Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları bu ayın 9-da ödənilib.

Yaxın günlərdə dekabr ayı üzrə sosial müavinət və təqaüdlər, ünvanlı sosial yardımlar da ödəniləcək.