- Toplum
- 16 Dekabr 2020 19:23
- 2 812
Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan baş çavuş
O, noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Babayev Orxan Sədail oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.
Nazirlikdən AzNews.az-a verilən məlumata görə, O.Babayev 1994-cü ildə Astara rayonunun Kijəbə qəsəbəsində anadan olub.
O, noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.
Qeyd edək ki, Orxan Babayev ölümündən sonta "Vətən uğrunda" medalı ilə təltif olunub.