2 nəfər xəstəxanaya yerləşdirilib 2 nəfər xəstəxanaya yerləşdirilib
  • Toplum
  • 26 Dekabr 2020 10:22
  •  3 391

Küçəyə çıxan 15 koronavirus xəstəsi saxlanıldı

2 nəfər xəstəxanaya yerləşdirilib

Dünən küçəyə çıxan 15 nəfər “COVID-19” xəstəsi aşkarlanıb.

DİN-dən AzNews.az-a verilən məlumata görə, xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduqları halda, dekabrın 25-də respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Onlardan 13 nəfər evə qaytarılıb, sağlamlıq vəziyyəti daha ağır olan 2 nəfər xəstəxanaya yerləşdirilib.

Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 13 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə istintaq hərəkətləri davam etdirilir.