Mükafatlandırılanlar arasında Xalq artisti Mənsum İbrahimov da var Mükafatlandırılanlar arasında Xalq artisti Mənsum İbrahimov da var
  • Toplum
  • 30 Dekabr 2020 21:54
  •  4 513

Üç nəfərə “Şərəf” ordeni verildi

Mükafatlandırılanlar arasında Xalq artisti Mənsum İbrahimov da var

Prezident İlham Əliyev bir qrup şəxsi “Şərəf” ordeni ilə təltif edib.

AzNews.az xəbər verir ki, Azərbaycanda elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev “Şərəf” ordeni ilə təltif olunub.

Nailə Məmmədəli qızı Vəlixanlı isə ölkədə elmin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeninə layiq görülüb.

Mükafatlandırılanlar arasında Xalq artisti Mənsum İbrahimov da var. O, Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.