Dövlət başçısı bundan başqa Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında qanunu da imzalayıb Dövlət başçısı bundan başqa Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında qanunu da imzalayıb
  • Toplum
  • 31 Dekabr 2020 16:10
  •  4 764

Ehtiyac meyarı 170, yaşayış minimumu 196 manat məbləğində təsdiqləndi

Dövlət başçısı bundan başqa Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında qanunu da imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunu təsdiqləyib.

AzNews.az xəbər verir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilib.

***

Dövlət başçısı bundan başqa Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında qanunu da imzalayıb.

Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2021-ci il üçün ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.