Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
  • Toplum
  • 19 Yanvar 2021 21:36
  •  4 701

Bölgələrə qar, Bakıya sulu qar yağır - Faktiki hava

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzNews.az-a verilən məlumata görə, yanvarın 19-u saat 19:00-da Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.