- Toplum
- 21 Yanvar 2021 18:27
- 8 481
Qış tətilinin vaxtı açıqlandı
Qış tətili fevralın 1-dək davam edəcək
“Azərbaycanda yanvarın 27-də şagirdlərin qış tətili başlayır”.
AzNews.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmə ilə bağlı danışarkən bildirib.
O qeyd edib ki, qış tətili fevralın 1-dək davam edəcək.
“Həmin gün tədris ilinin ikinci yarımili başlayacaq. Yanvarın 27-nə qədər hansı gün qiymətləndirilmə keçiriləcəksə, qiymətləndirmə tarixləri də o gün üçün qeyd ediləcək”.