İclas Fərhad Abdullayevin sədrliyi ilə keçirilib İclas Fərhad Abdullayevin sədrliyi ilə keçirilib
  • Toplum
  • 2 Mart 2021 13:55
  •  6 211

Konstitusiya Məhkəməsi mirasda məcburi pay hüququ ilə bağlı qərar verdi

İclas Fərhad Abdullayevin sədrliyi ilə keçirilib

Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

AzNews.az xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Mülki Məcəllə 1193-cü maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Ombudsman Aparatının Elmi-Analitik sektorunun müdiri M.Məmmədov və Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqov, mütəxəssislər - Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi R.Eyvazov tərəfindən təqdim edilmiş mülahizələri və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Mülki Məcəllənin 1193-cü maddəsi Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 29-cu maddəsinin I və VII hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğun hesab edilsin.

Mülki Məcəllənin 1159-cu və Ailə Məcəlləsinin 134.1-ci maddələrinə uyğun olaraq, Mülki Məcəllənin mirasda məcburi pay anlayışını nəzərdə tutan 1193-cü maddəsində “vəsiyyət edənin uşaqlarının, valideynlərinin” müddəası övladlığa götürülənləri və övladlığa götürənləri də ehtiva edir.

Qeyd edək ki, Mülki Məcəllənin 1159-cu maddəsi qanun üzrə vərəsələrin növbəliliyini nəzərdə tutur.