ADY adından M.Abdullayevə Allahdan rəhmət, ailəsinə səbr diləyirik! ADY adından M.Abdullayevə Allahdan rəhmət, ailəsinə səbr diləyirik!
  • Toplum
  • 10 Mart 2021 16:03
  •  4 211

Sumqayıtdakı qatar qəzası barədə rəsmi açıqlama

ADY adından M.Abdullayevə Allahdan rəhmət, ailəsinə səbr diləyirik!

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu gün Baş Sumqayıt stansiyasının yaxınlığında ölümlə nəticələnən hadisə ilə bağlı açıqlama verib.

Qurumdan AzNews.az-a bildirilib ki, saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub. Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib.

"Hadisənin başvermə səbəbini müvafiq orqanlar aidiyyəti üzrə araşdırıb, hüquqi qiymət verəcək. ADY adından M.Abdullayevə Allahdan rəhmət, ailəsinə səbr diləyirik!", - deyə açıqlamada qeyd olunub.