İmtahan 3 sааt dаvаm еdəcək İmtahan 3 sааt dаvаm еdəcək
  • Toplum
  • 12 Mart 2021 12:14
  •  5 934

Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

İmtahan 3 sааt dаvаm еdəcək

Dövlət İmtahan Mərkəzi Dövlət Vergi Xidməti ilə birgə martın 13-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

AzNews.az xəbər verir ki. namizədlər “İmtahana buraxılış vərəqəsi”ni martın 5-dən etibarən DİM-in internet saytından çap edə bilirlər.

“İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” də çap olunur (Bəyannamə imtahan günü namizəd tərəfindən imzalanır vә imtahan zalına daxil olduqda nәzarәtçiyә tәhvil verilir). Namizədlər imtahan iştirakçısının “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.

İmtahan Bakı şəhərində 5 binada təşkil olunacaq və saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. İmtahanların idarə olunmasına 5 ümumi imtahan rəhbəri, 15 imtahan rəhbəri, 128 nəzarətçi-müəllim və 15 buraxılış rejimi əməkdaşı cəlb olunacaq. İmtahanda iştirak etmək üçün 1371 namizəd qeydiyyatdan keçib.

İmtahan 3 sааt dаvаm еdəcək. İmtahanda namizədə qanunvericilik və ixtisas üzrə 80 və məntiqi nəticə çıxarma qabiliyyətinin müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunur. Hәr bir sualın düzgün cavabı 1 balla qiymәtlәndirilir (cәmi 100 mümkün bal). Sәhv cavablar düz cavabların nәticәsinә tәsir göstәrmir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.