• Toplum
  • 23 Mart 12:39
  •  2 483

Azərbaycanda vaksin olunanların sayı 487 mini keçib

Operativ Qərargah məlumat yayıb

Martın 22-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 121 nəfər vaksinasiya olunub.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 487 561 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.