Təhsil Nazirliyinin qərarı Təhsil Nazirliyinin qərarı
  • Toplum
  • 5 Aprel 2021 08:57
  •  3 079

Dörd şəhər, bir rayonda məktəblər bağlandı

Təhsil Nazirliyinin qərarı

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb.

AzNews.az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyi tərəfindən mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq qərar verilib.

Belə ki, aprelin 5-dən qeyd olunan ərazilərdə yerləşən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili başlayır.

Distant tədris zamanı dərslərin "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilməsi nəzərdə tutulub. Nazirlik şagirdlərə “Dərs vaxtı” teledərslərini izləməyi tövsiyə edib.

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.