• Toplum
  • 19 Aprel 20:21
  •  1 101

Ali məktəblərin Elmi şuralarda tələbə təmsilçiləri olacaq

Tələbələrin, doktorantların və gənc alimlərin Elmi cəmiyyəti yaradılır

Ali təhsil müəssisələrinin tələbələrinin təmsil olunması və fikirlərini ifadə etməsi üçün tələbələrin özünüidarə orqanı – Azərbaycan Tələbələr Birliyi təsis edilir.

AzNews.az xəbər verir ki, bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Tələbələr Birliyi ali təhsil müəssisələrinin bütün tələbə özünüidarəetmələrinin nümayəndələrini özündə birləşdirən kollegial ictimai birlikdir.

Azərbaycan Tələbələr Birliyinin hüquqları aşağıdakılardır:

- tələbələrin maraqlarına toxunan tənzimləyici qanun layihələri ilə bağlı təkliflər vermək;

- ali təhsil müəssisəsinin (fakültənin) Elmi Şuralarında və digər qurumlarda tələbə təmsilçilərinin namizədliyini irəli sürmək;

- Azərbaycan tələbə özünüidarə orqanlarının xaricdə təmsil olunmasını təmin etmək;

- tələbələrin maraqlarının təmin olunması ilə bağlı digər məsələləri həll etmək;

- Azərbaycan Tələbələr Birliyi dövlət və yerli özünüidarəetmə qurumlarından məlumat almaq və təhsil, tələbələrin hüquq və mənafelərinə toxunan məsələlərin həllində iştirak etmək.

Layihədə qeyd edilir ki, elmi araşdırmada və yaradıcı fəaliyyətdə sərbəstliyi təmin etmək məqsədi ilə ali təhsil müəssisələrində və onların struktur bölmələrində müvafiq ali təhsil müəssisələrinin ictimai özünüidarə sisteminə daxil olan tələbələrin, doktorantların və gənc alimlərin Elmi cəmiyyəti yaradılır. Elmi cəmiyyət ali təhsil müəssisəsi tərəfindən təsdiq edilmiş əsasnamə əsasında fəaliyyət göstərir. Ali təhsil müəssisəsində təhsilalanların həmkarlar təşkilatı yaradılır və olar Respublika Tələbə Həmkarlar İttifaqında birləşirlər.