Ev və yaxınlıqda olan digər ağaclar yanğından mühafizə olunub Ev və yaxınlıqda olan digər ağaclar yanğından mühafizə olunub
  • Toplum
  • 5 May 2021 10:35
  •  5 480

Bakıda yanğında 12 ağac məhv oldu

Ev və yaxınlıqda olan digər ağaclar yanğından mühafizə olunub

Bakı şəhərinin Binəqədi rayonunda 70 m² sahədə taxta tullantıları və 12 ədəd ağac yanıb.

Bu barədə AzNews.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Qeyd olunub ki, yüksək temperaturdan yaxınlıqda olan üçmərtəbəli fərdi yaşayış evinin lambirindən ibarət divar üzlüyü 3 m² sahədə əriyib.

Ev və yaxınlıqda olan digər ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.