Forum Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təşkil olunub Forum Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təşkil olunub
  • Toplum
  • 16 İyun 2021 18:30
  •  4 211

Azərbaycan və Türkiyə gənclərinin “Zəfər Forumu” keçirilib - FOTO

Forum Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təşkil olunub

Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyə gənclərinin “Zəfər Forumu” keçirilib.

Aznews.az bildirir ki, Türkiyə və Azərbaycan Prezidentlərinin tarixi Şuşa səfərindən sonra Forum şanlı Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi və hər iki ölkə gəncləri arasında sıx əməkdaşlığın dəstəklənməsi məqsədilə təşkil olunub.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, Türkiyə Gənclər Fondu ilə 1 il yarımdır sıx əməkdaşlıq edilir: "Bu əməkdaşlıq bütün münasibətlərimiz kimi səmimi dostluğa çevrilib. Dünən Azərbaycan və Türkiyə arasında münasibətlər yeni mərhələyə qədəm qoydu, biz artıq qardaş olmaqla yanaşı müttəfiq dövlətlərik. Yeni mərhələdə gənclər sahəsində çalışan hər kəsin üzərinə də böyük məsuliyyət düşür, ortaq marağımızı bütün dünyaya çatdırmalıyıq. Artıq Türkiyə ilə daha böyük layihələr həyata keçirəcəyik. Bu layihələrdən ən vacibi qazilərlə bağlı olan tədbirlər olacaq".

Türkiyənin Ankara millət vəkili Zeynəb Yıldız bildirib ki, çox tarixi günlər yaşanılır: "Qardaşlığımız tarixidir, bir millət kimi görürük, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bizim də xəyalımız idi. Bizim ortaq türk mədəniyyətimiz var, dilimiz, dinimiz birdir. Azərbaycan və Türkiyənin Şuşa bəyənnaməsi ilə münasibətlərimiz bütün Türk İslam Dünyasına da sirayət edəcək".

Türkiyə Gənclər Fondunun (TÜGVA) baş direktoru Enes Emin oğlu Azərbaycana Türkiyə Prezidentinin heyəti ilə birgə gəldiklərini deyib: “Bir çox görüşlər keçirmişik, ötən gün Şuşada olmuşuq. Bunlar çox tarixi və gözəl günlərdir. Tərtər, Bərdə və Gəncəyə səfər edəndə demişdik ki, tezliklə Şuşaya, işğaldan azad olunmuş Qarabağa getməyi arzulayırıq. Bu arzumuz həyata keçdi. Şuşa Bəyənnaməsi ilə Türkiyə Şuşada Baş konsulluq açılacaq, Şuşa Azərbaycan üçün çox dəyərlidir, ümumilikdə türk dünyasının da mədəniyyət paytaxtı olacaq”.

Tədbirdə Vətən müharibəsi qaziləri Mobil Əhmədzadə və Elnur Ələkbərov, bir sıra aparıcı gənclər təşkilatlarının rəhbərləri Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərdə Türkiyə rəhbərliyinin və xalqının, eləcə də gənclərinin mənəvi dəstəyinin əhəmiyyətindən və post-münaqişə dövründə əməkdaşlıq imkanlarını qeyd ediblər.

Tədbirdə qeyd edilib ki, Forum iştirakçıları Azərbaycan həqiqətlərinin beynəlxalq informasiya platformalarında təbliği məqsədilə iki ölkənin gəncləri bundan sonra da birgə və koordinasiya olunmuş şəkildə fəaliyyət göstərəcəklər. 1000-ə yaxın iştirakçı ilə hibrid şəkildə təşkil edilən Forumda Azərbaycanın aparıcı gənclər təşkilatları, könüllülər, tələbələr və fəal gənclərlə yanaşı, hər iki ölkənin fondları tərəfindən elan edilər “Qarabağ zəfəri” rəsm müsabiqəsinin azərbaycanlı və türkiyəli qalibləri, eləcə də Türkiyənin 81 vilayətində yerləşən TÜGVA-nın nümayəndələri tədbirə canlı və onlayn şəkildə qatılıblar.

image description image description image description image description image description