"Bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır" "Bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır"
  • Toplum
  • 5 İyul 2021 11:21
  •  5 377

Azərbaycanlının tütündən hazırladığı peyvənd ÜST-ün siyahısında - FOTO

"Bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır"

AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupunun hazırladığı COVID-19-a qarşı bitki əsaslı peyvənd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sınaq mərhələsində olan peyvənd namizədlər siyahısına daxil edilib.

AzNews.az Lent.az-a istinadən məlumat verir ki, Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru T.Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən laboratoriyada xüsusi olaraq istehsal edilən “Nicotiana Benthamiana” tütün növünün yarpaqlarında istehsal edilən protein əsasında peyvənd əldə olunub:

"Bu peyvəndin bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır".