Baş redaktor: "Özünü təqdim etmədim, sıradan vətəndaş kimi növbəmi gözlədim" Baş redaktor: "Özünü təqdim etmədim, sıradan vətəndaş kimi növbəmi gözlədim"
  • Toplum
  • 10 İyul 2021 16:52
  •  6 016

"Nə şirinlik istədilər, nə də çay pulu"- DYP-nin Diaqnostika Mərkəzində heyrət doğuran xidmət

Baş redaktor: "Özünü təqdim etmədim, sıradan vətəndaş kimi növbəmi gözlədim"

"Şəxsi avtomobilimin texniki baxış vaxtının bitdiyini həftə içi gələn cərimədən öyrəndim. Bu gün Sədərək Ticarət Mərkəzinin yaxınlığındakı DYP-nin Diaqnostika Mərkəzinə müraciət edərək avtomobili texniki baxışdan keçirmək istədim. Ora ilk dəfə getdiyim üçün gözlərimə inanmadım".

Bu barədə AzNews.az analitik-informasiya portalının Baş redaktoru, DİN yanında İctimai Şuranın üzvü Taleh Şahsuvarlı öz Facebook profilində yazıb.

Baş redaktor sözlərinə belə davam edib:

"Sözügedən mərkəzdə son dərəcə müasir kompleks qurulub, ətrafda minlərlə ağac əkilib. Tam əmin ola bilərsiniz ki, Baş redaktor və DİN yanında İctmai Şuranın üzvü kimi özümü təqdim etmədim. Heç "kimsən, nəçisən" deyə soruşan da olmadı. Bilirdim ki, hər şey qaydasındadır. Sıradan vətəndaş kimi növbəmi gözləyib maşını texniki baxışdan keçirdim. Yalnlzca terminal vasitəsi ilə dövlət rüsumunu ödədim. Proses yekunlaşanda "nə qulluq" deyə soruşdum, "yaxşı yol" deyib uğurlar arzuladılar. Nə şirinlik istəyən oldu, nə də çay pulu. Müşahidə elədiyim yeganə nöqsan boksda mən qarışıq bütün sürücülərə "əmioğlu" deyə müraciət edilməsi idi. Bu da dərinə gedəndə "vətəndaş" xitabının dilimizdə olduqca rəsmi müraciət sayılmasından irəli gəlir. Odur ki, fürsətdən istifadə edib bütün sürücülərə səslənmək istəyirəm: Maşınızı saz saxlayın və texniki baxışdan zamanında keçirin ki, həm cərimə gəlməsin, həm də müəyyən nöqsanlara görə, dağa-daşa düşməyəsiniz, vasitəçi axtarmayasınız, kiməsə ağız açmayasınız. Unutmayın, biz kiməsə rüşvət təklif etməsək, onu bizdən ala da bilməzlər. Nəhayət, belə gözəl kompleks inşa edildiyi üçün DİN rəhbərliyinə, Bakı şəhər DYP-nin rəhbərliyinə, vətəndaşlara göstərilən yüksək səviyyəli xidmət üçün Texniki Diaqnostika Mərkəzinin bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Deyilənə görə, mərkəzin rəhbəri cavan kadrdır, adı Qoşqardır. Soyadını dəqiqləşdirə bilmədim. Anladığım qədər, gənc kadrlar DYP ilə bağlı mənfi streotipləri qıracaq".

AzNews.az

image description image description image description image description image description image description image description image description