Sərnişinlərdən biri stansiya yoluna düşdü Sərnişinlərdən biri stansiya yoluna düşdü
  • Toplum
  • 15 İyul 2021 19:49
  •  8 388

Bakı metrosunda qorxunc OLAY

Sərnişinlərdən biri stansiya yoluna düşdü

Bakı metrosunun "Ulduz" stansiyasında sərnişinlərdən biri stansiya yoluna düşüb.

Aznews.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu səbəbdən qatarların hərəkəti dayanıb və sərnişinlər təxliyə olunub: "Hadisə saat 19:05-də baş verib. Orta yaşlı bir kişi qatar yoluna düşüb. Bu zaman stansiyaya qatar yaxınlaşırmış. Onu dayandırıb, xətlərdən gərginlik çıxarılıb və sərnişin sağ-salamat çıxarılıb".