Operativ Qərargah məlumat yayıb Operativ Qərargah məlumat yayıb
  • Toplum
  • 1 Avqust 2021 17:11
  •  4 445

Daha 671 nəfər koronavirusa yoluxub

Operativ Qərargah məlumat yayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 671 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzNews.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5 027 nəfər vəfat edib. 6 365 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 400, bu günə qədər isə ümumilikdə 4 043 740 test icra olunub.